Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 12-də saat 22:05-dən avqustun 13-ü saat 04:40-dək Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd, Kəngərli, Acar kəndlərinin ətrafında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonda yerləşən Çıraqlı, Əhmədağalı, Sarıcalı və Məmmədbağırlı kəndlərinin yaxınlığındakı mövqelərimizə, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Həsənqaya kəndinin ətrafında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.