AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 20:30-dan saat 02:50-dək Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd və Tağıbəyli kəndlərinin, Tərtər rayonunun Cerabert, Çaylı və Karmiravan kəndlərinin, həmçinin Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.