Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 10-u və 11-də saat 19:55-də bir dəfə, saat 22:10-dan 22:20-dək Ağdam rayonunun Cəvahirli və saat 04:30-dan 05:00-dək Şıxlar kəndinin cənub-şərqində yerləşən mövqelərdən, saat 00:10-dan 00:30-dək Tərtər rayonunun Karmiravan və Yarımça kəndlərinin cənub-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.