Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 20-dən dekabrın 14-dək Vilnüs şəhərində “İngilis dili” kursu;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 20-dən 24-dək Muğla şəhərində “Reliant Mermaid” təlimi, avqustun 29-da Ankara şəhərində Türkiyə Respublikası Quru Qoşunları Məktəbi məzunlarının, avqustun 31-də İstanbul şəhərində Türkiyə Respublikası Hərbi Dəniz Məktəbi məzunlarının buraxılış mərasimləri;
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 20-dən 22-dək Bakı şəhərində hidroqrafiya sahəsində əməkdaşlıq, Qazaxıstan Respublikası NDQ zabitlərinin Azərbaycan Respublikası HDQ gəmilərində staj keçməsi məsələlərinin müzakirəsi məqsədilə Qazaxıstan Respublikası HDQ nümayəndə heyətinin səfəri;
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq avqustun 27-dən 31-dək Bakı şəhərində NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupunun iştirakı ilə OCC bölüyünün özünü-qiymətləndirmə təliminin yekun planlaşdırma konfransı;
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq avqustun 27-dən 31-dək Kişlinq şəhərində (AFR) ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Çavuş Məktəbinə tanışlıq səfəri keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.