Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-də saat 01:50-dən saat 05:15-dək Tərtər rayonunun Borsunlu kəndinin 3 km cənub-qərbində yerləşən mövqelərdən üzbəüz mövqelərimizi avtomat və iriçaplı pulemyotlardan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 2 km cənub-şərqində yerləşən mövqelərdən, Ağdam rayonunun Baş Qərvənd kəndinin 2 km cənub-şərqində yerləşən mövqelərdən, həmçinin həmin rayonun Şurabad kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.