Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 16-sı və 17-də müxtəlif saatlarda Tərtər rayonunun Cerabert kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən, Ağdam rayonunun Şıxlar kəndinin cənub-şərqində yerləşən mövqelərindən, həmin rayonun Sarıcalı kəndinin şimal-qərbində və Məmmədbağırlı kəndinin cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.