Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-ü və 15-də müxtəlif saatlarda Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin ətrafında yerləşən mövqelərindən, İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Məzəmli kəndlərini, həmçinin Ağdam rayonunun Baş Qərvənd, Acarlı kəndlərinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.