Son günlər Azərbaycan mediası Rusiya nəşrlərində yayılan məlumatlara istinad edərək ölkəmizin Rusiya Federasiyasından silah və texnika almaq barədə guya ki, imzalanan sazişdən ardı-arası kəsilmədən xəbərlər dərc edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti bəyan edir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında nə belə saziş imzalanmış, nə də hər hansı silah-sursat alınmışdır. Bu haqda yayılan məlumatlar uydurmadır və onların heç bir əsası yoxdur.