Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 31 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 30-da saat 22:45-dən 23:00-dək Tərtər rayonunun Borsunlu kəndinin şimal-şərqində yerləşən mövqelərdən;- avqustun 31-də saat 05:20-dən 06:10-dək həmin rayonun Həsənqaya kəndinin cənub-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 30 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 29-u və 30-da müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi, Ermənistan Respublikası İcevan rayonundan Qazax rayonu ərazisindəki Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 29 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 28-i və 29-da müxtəlif saatlarda Ağdam rayonunun Çıraqlı, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndinin 3,7 km şərqində yerləşən mövqeyindən Qazax rayonunun yaxınlığındakı Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 28 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-də saat 20:40-dan 21:10-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi snayperlərdən və avtomatlardan, avqustun 28-də saat 00:30-dan 01:10-dək Ağdam rayonunun Çıraqlı, Tərtər rayonunun Karmiravan və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 27 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 26-sı və 27-də müxtəlif saatlarda Ermənistan Respublikası Berd rayonunun ətrafında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi snayperlərdən, Ağdam rayonunun Şurabad, Çıraqlı və Cəvahirli, həmçinin Tərtər rayonunun Karmiravan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 25 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 23:10-dan 23:30-dək Ağdam rayonunun Tağıbəyli kəndinin 1,6 km şimal-şərqində yerləşən mövqelərindən, həmin rayonun Qaraqaşlı kəndinin 2 km şimal-şərqində yerləşən mövqelərindən, həmçinin avqustun 25-də saat 04:35-dən 05:00-dək Tərtər rayonunun Cerabert kəndinin 2 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 24 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 23-ü və 24-də müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Acarlı, Çıraqlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi, həmçinin Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 23 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 22-də və 23-də müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd, Şıxlar və Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, həmçinin Tərtər rayonunun Cerabert kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 21-də saat 22:00-dan 23:40-dək Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, həmçinin avqustun 22-də saat 01:05-dən 05:40-dək Ağdam rayonunun Baş Qərvənd, Acarlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 21 Avqust 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 20-si və 21-də müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu, Qazax rayonunun Məzəmli, Cəfərli, həmçinin Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.