Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 23-ü və 24-də müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Acarlı, Çıraqlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi, həmçinin Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.