Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 23:10-dan 23:30-dək Ağdam rayonunun Tağıbəyli kəndinin 1,6 km şimal-şərqində yerləşən mövqelərindən, həmin rayonun Qaraqaşlı kəndinin 2 km şimal-şərqində yerləşən mövqelərindən, həmçinin avqustun 25-də saat 04:35-dən 05:00-dək Tərtər rayonunun Cerabert kəndinin 2 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.