Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 26-sı və 27-də müxtəlif saatlarda Ermənistan Respublikası Berd rayonunun ətrafında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi snayperlərdən, Ağdam rayonunun Şurabad, Çıraqlı və Cəvahirli, həmçinin Tərtər rayonunun Karmiravan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.