Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-si və 18-də saat 22:30-dan 22:50-dək Ağdam rayonunun Nəmirli kəndinin 0,2 km cənub-şərqində yerləşən mövqelərindən və saat 23:30-dan 00:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 1 km cənub-şərqində yerləşən mövqelərindən, həmçinin saat 23:55-dən 00:05-dək həmin rayonun ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin başqa bir postundakı üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.