AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 19-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:00-dan 20:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 2 km.
Aprelin 17-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 21:20-dən 21:40-dək və aprelin 18-də saat 00:30-dan 00:45-dək Ağdam rayonunun işğal olunmuş Göytəpə kəndinin 2 km.
Aprelin 19-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Təlim Departamentinin baş direktoru kontr-admiral Məhəmməd Naşat Raffini və nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 18-dən 22-dək Plovdiv şəhərində (Bolqarıstan Respublikası) "Cooperativ Key-05" təliminin əsas planlaşdırma konfransı, İzmir şəhərində (Türkiyə Respublikası) “Fəlakətlər zamanı humanitar yardım əməliyyatları” kursu, Qotzendorf şəhərində (Avstriya Respublikası) “Əməliyyat İmkanları Konsepsiyasının Deyərləndirilməsi” proqramı çərçivəsində təlim kursu, aprelin 18-dən 29-dək Kunqsanqen şəhərində (İsveç Krallığı) “Qərargah zabitləri kursu” və aprelin 19-dan 21-dək Skopye şəhərində (Makedoniya keçmiş Yuqoslaviya Respublikası) “Cooperativ Associate” təliminin əsas konfransı keçirilir.
Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının dostluq səfəri ilə Bakıya gəlmiş komandanı vitse-admiral Startsev Yuri Vladimroviçi və nümayəndə heyətini qəbul etmişdir.
Aprelin 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 18:00-dan 18:15-dək Ermənistan Respublikası Berd rayonu Nergin-Qarmiraxpür kəndinin 1,5 km.
Həmin gün general-polkovnik S.Əbiyev İsveç Krallığının Əfqanıstandan qayıdan Müdafiə naziri xanım Leni Börklundla da görüşmüşdür.
Aprelin 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Müdafiə naziri cənab Donald Ramsfeldlə görüşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 12-dən 22-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada adi silahlara birgə nəzarət üzrə müfəttiş/müşayiətçi kursu”, Roma şəhərində (İtaliya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq/ATƏT inteqrasiya kursu” və aprelin 12-dən iyulun 1-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi İngilis dili” kursu keçirilir.
Aprelin 8-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 14:55-dən 15:15-dək Ağdam rayonunun işğal olunmuş Şurabad kəndinin 2 km.