NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 12-dən 22-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada adi silahlara birgə nəzarət üzrə müfəttiş/müşayiətçi kursu”, Roma şəhərində (İtaliya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq/ATƏT inteqrasiya kursu” və aprelin 12-dən iyulun 1-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi İngilis dili” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.