Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 18-dən 22-dək Plovdiv şəhərində (Bolqarıstan Respublikası) "Cooperativ Key-05" təliminin əsas planlaşdırma konfransı, İzmir şəhərində (Türkiyə Respublikası) “Fəlakətlər zamanı humanitar yardım əməliyyatları” kursu, Qotzendorf şəhərində (Avstriya Respublikası) “Əməliyyat İmkanları Konsepsiyasının Deyərləndirilməsi”  proqramı çərçivəsində təlim kursu, aprelin 18-dən 29-dək Kunqsanqen şəhərində (İsveç Krallığı) “Qərargah zabitləri kursu” və aprelin 19-dan 21-dək Skopye şəhərində (Makedoniya     keçmiş Yuqoslaviya Respublikası) “Cooperativ Associate” təliminin əsas  konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.