Həmin gün general-polkovnik S.Əbiyev İsveç Krallığının Əfqanıstandan qayıdan Müdafiə naziri xanım Leni Börklundla da görüşmüşdür.
Görüş zamanı Əfqanıstanda mövcud olan hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvələrinin bir taqımı da Beynəlxalq Sülhə Yardım Qüvvələrinin tərkibində Kabulda sülhyaratma missiyasını yərinə yetirir.
Xanım L.Börklund qeyd etmişdir ki, prezident seçkilərindən sonra orada vəziyyətin yaxşılığa doğru dəyişdiyi müşahidə olunur.
O, səmimi görüşə görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və Azərbaycanın Müdafiə naziri ona öz fəaliyətində uğurlar arzulamışdır.