Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 17-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 21:20-dən 21:40-dək və aprelin 18-də saat 00:30-dan 00:45-dək Ağdam rayonunun işğal olunmuş Göytəpə kəndinin 2 km. şərqində, Seyidli kəndinin 1,5 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Çəmənli və Məhrizli kəndlərinin civarlarında yerləşən mövqelərini, aprelin 19-da saat 03:20-dən 03:40-dək Ağdam rayonunun Sarıcallı kəndinin 3,2 km. şimal-qərbində yerləşən  mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.  
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.