Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 19-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:00-dan 20:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 2 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərq civarlarında yerləşən üzbəüz mövqelərini;
- Tapqaraqoyunlu kəndinin 1 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndinin sahəsindəki üzbəüz mövqelərini;
 - aprelin 20-də saat 01:50-dən 02:00-dək Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin 0,2 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini;
- saat 05:30-dan 06:30-dək Tərtər rayonunun Çaylı kəndinin 2,5 km. şimal-şərqində və 1,5 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.