Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 18:00-dan 18:15-dək Ermənistan Respublikası Berd rayonu Nergin-Qarmiraxpür kəndinin 1,5 km. şimal-qərbində və 1,5 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli və Hacıalılı kəndləri;
- saat 20:20-dən 20:30-dək Qazax rayonunun işğal olunmuş Xeyrimli kəndinin 1,5 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Məzəmli kəndi;
- saat 20:35-dən 20:45-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 1 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı kəndi;
- saat 23:00-dan və aprelin 15-də saat 03:00-dan başlayaraq Ağdam rayonunun işğal olunmuş Başqərvənd kəndinin 1 km. cənub-şərqində, işğal olunmuş Cəvahirli kəndinin 2 km. şimal-şərqində, 1.km cənub-şərqində, işğal olunmuş Qaraqaşlı kəndinin 0,5 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun  Mirəşelli, Çıraqlı, Əhmədağalı və Çəmənli kəndləri sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.  
İtki yoxdur.