Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 8-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 14:55-dən 15:15-dək Ağdam rayonunun işğal olunmuş Şurabad kəndinin 2 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini tankəleyhinə əl qumbaraatanlarından, avtomatlardan və pulemyotlardan;
- saat 23:35-dən 23:45-dək Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı kəndinin 1,7 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini və aprelin 9-da saat 00:25-dən 00:40-dək Ağdam rayonunun işğal olunmuş Başqərvənd kəndinin 0,5 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.