AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsində yerləşən bölmələri dünən, avqustun 30-da və bu gün səhər döyüş əməliyyatlarını davam edib.
Azərbaycan Milli Ordusunun Ağdam və Tərtər bölmələri dünən və bu gün avqustun 31-də əməliyyatlarını davam etdirərək Ağdərə rayonunun Mehmanə kəndində birləşiblər və bu məntəqəni erməni işğalçılarından tam təmizləyiblər.
Ağstafa Axşam saat 19-20 radələrində sərhəd postlarında olan əsgərlərimizə Berd rayonu ərazisindəki meşəliklərdən minaatanlardan, avtomat və pulemyotlardan atəş açılıb.
Tovuz Avqustun 30-u saat 21-dən sonra rayonun Əlibəyli kəndi, Hacıalılı, Böyük Qışlaq kəndləri Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub.
Ermənistandan Qarabağa hərbi texnika və döyüş sursatının maneəsiz daşınmasını təmin etmək məqsədilə erməni silahlı dəstələri dünən, avqustun 29-da axşamüstü güclü top hazırlığından sonra Laçın rayonunun Milli Ordumuzun əlində olan Güləbird, Səfiyan, Yuxarı Fərəcan, Aşağı Fərəcan və Suarası kəndlərinə hücuma keçmişlər.
Ermənistandan Qarabağa hərbi texnika və döyüş sursatının maneəsiz daşınmasını təmin etmək məqsədi ilə erməni silahlı birləşmələri dünən avqustun 29-da axşamüstü, güclü top hazırlığından sonra Laçın rayonunun Milli Ordumuzun əlində olan Güləbird, Səfiyan, Yuxarı Fərəcan, Aşağı Fərəcan və Suarası kəndlərinə hücuma keçmişlər.
Kəlbəcər Keçən gecə SQ-in bölmələri Ağdərə rayonunun ərazisində uğurlu döyüş əməliyyatlarını davam etdirərək xeyli irəliləmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsindəki müzəffər yürüşü davam edir.
Azərbaycan Milli Ordusunun Ağdərə bölgəsindəki müzəffər yürüşü davam edir.
Qubadlı Ötən gecə Gorus istiqamətindən Laçın və Qubadlının kəndləri artilleriya atəşinə tutulub.