Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsindəki müzəffər yürüşü davam edir. Avqustun 29-na keçən gecə ordumuzun Kəlbəcər bölmələri döyüş əməliyyatları nəticəsində xeyli irəliləyib, Arutunoqomer kəndi üzərində tam nəzarəti bərpa ediblər. Döyüş vaxtı düşmənin 3 tankı ələ keçirilib və 2 tank, 2 PDM, 4 artilleriya qurğusu, xeyli canlı qüvvəsi məhv edilib. Arutunoqomer kəndindəki sursat anbarı dağıdılıb. Əsgərlərimizdən 3 nəfər qəhrəmancasına həlak olub, 12 nəfər yaralanıb. Dünən avqustun 28-də Arutunoqomer kəndindən qaçan ermənilər Çıldıran kəndində Ermənistandan gəlmə dəstələrlə toqquşublar. Bu gün səhər aldığımız məlumata görə, saat 5-6 radələrində Koçoqot, Çıldırandan qaçan düşmənin 20-dək maşından ibarət karvanı Sırxavənd istiqamətində keçdi. Hal-hazırda döyüşçülərimiz Mehmanə və Sırxavənd səmtində döyüş əməliyyatları aparırlar.
Ötən gecə Laçın dəhlizindən Qarabağa daha bir sursatla dolu maşın karvanı keçməyə cəhd göstərib. Topçularımızın atəşi nəticəsində bu dəfə də karvan geri dönməyə məcbur olub.
Tovuz, Zəngilan, Cəbrayıl rayonlarının kəndləri və Naxçıvan MR-nın Sədərək qəsəbəsi atəşə tutulub.
Qazax, Ağstafa, Gədəbəy, Kəlbəcər, Füzuli rayonlarında nisbi sakitlikdir.