Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsində yerləşən bölmələri dünən, avqustun 30-da və bu gün səhər döyüş əməliyyatlarını davam edib. Mehmanə kəndi erməni işğalçılarından tam təmizlənib. Döyüş nəticəsində düşmənin 2 tankı, 3 PDM-i, 2 avtomaşını məhv edilib. Bir tank ələ keçirilib. Noraşen və Qatsı kəndləri arasında yerləşən ermənilərin hərbi kazarması darmadağın edilib. Drmbonda döyüşçülərimiz öz mövqelərini möhkəmləndirirlər. Koçoqot ətrafında döyüşlər davam edir.
Gədəbəy bölgəsində dünən, avqustun 30-da Mutudərə kəndi ətrafında gedən döyüşlər nəticəsində düşmənin 1 tankı məhv edilib, 2 tank, 1 zenit qurğusu, 2 avtomatik qumbaraatan, 2 iriçaplı pulemyot, 2 avtomaşını ələ keçirilib. Döyüş zamanı 3 əsgərimiz şəhid olub, 10 nəfər yaralanıb.
Avqustun 31-nə keçən gecə Zəngilan, Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndləri atəşə tutulub.
Qazax, Ağstafa, Kəlbəcər, Qubadlı, Füzuli rayonlarında və Naxçıvan MR-da sakitlikdir.