Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Tovuz

 

Avqustun 30-u saat 21-dən sonra rayonun Əlibəyli kəndi, Hacıalılı, Böyük Qışlaq kəndləri Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub. Tələfat yoxdur.

 

Gədəbəy

 

Avqustun 30-da Ermənistanın Krasnoselsk rayonu ilə sərhəd zonasında Mutudərə istiqamətində yerləşən 3 yüksəklik döyüşlər nəticəsində alınıb. Düşmənin 1 tankı məhv edilib və 2 tankı, 1 zenit qurğusu, 2 avtomatik qumbaraatanı, 2 iriçaplı pulemyotu, 2 UAZ və 1 NİVA markalı avtomobili ələ keçirilib. Bizimkilərdən 3 nəfər şəhid olub, 10 nəfər yaralanıb. Erməni işğalçılarından 80 nəfərə yaxın əsgər məhv edilib.

 

Zəngilan

 

Avqustun 30-da 19:00-dan başlayaraq səhərə qədər rayonun Qazançı, Seyidlər, Ağkənd kəndləri Ermənistanın Qafan rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Bir nəfər həlak olub. Yaralananlar var.

 

Ağdam

 

Avqustun 30-da Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsində döyüşən bölmələri Mehmanə kəndini erməni işğalçılarından təmizləyib. Düşmənin 2 tankı, 3 PDM-i, 2 avtomaşını məhv edilib. Bir tankı ələ keçirilib. Mövqelərimiz möhkəmlənir. Avqustun 30-da Yuxarı Qarabağın Noraşen və Qasi kəndləri arasında yerləşən erməni yaraqlılarının kazarması darmadağın edilib.

 

Kəlbəcər

 

Koçoqot ətrafında döyüşlər davam edir.

 

Tərtər

 

Vəziyyət dəyişmir. Bizimkilər Drmbonda mövqelərini möhkəmləndirirlər.

 

Qazax, Ağstafa, Qubadlı, Cəbrayıl, Füzuli, Naxçıvan MR-da gecə nisbətən sakit keçmişdir.