Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Ağstafa

 

Axşam saat 19-20 radələrində sərhəd postlarında olan əsgərlərimizə Berd rayonu ərazisindəki meşəliklərdən minaatanlardan, avtomat və pulemyotlardan atəş açılıb. Cavab atəşilə düşmən susdurulub. Hələlik sakitlikdir.

 

Gədəbəy

 

Ötən gecə saat 04:00-dan başlayaraq Gədəbəyin Sarıyal, Şimiri və Mormor kəndləri Krasnoselsk rayonu ərazisindən ağır silahlardan atəşə tutulub. Dağıntı və təlafat yoxdur.

 

Qubadlı

 

Dünən saat 16:00-dan Laçının Güləbird, Səfiyan, Yuxarı Fəracan, Aşağı Fəracan və Suarası kəndləri top və “Qrad” qurğulardan, minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulub. Yuxarı Fəracan və Suarası kəndlərinə erməni piyada qoşunları Laçının işğal olunmuş kəndlərindən hücuma keçiblər. Döyüşçülərimiz toplardan atəş açaraq düşməni dayandırmış və sonra piyada qoşunlarımız əks-hücuma keçərək düşməni bu kəndlərdən təmizləyərək geri oturtmuşlar. Hazırda mövqelərimizi möhkəmləndiririk.

 

Qubadlı rayonunun Cılfır kəndi Gorus rayonunun Şurnux kəndi tərəfindən toplardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub. Hal-hazırda sakitlikdir.

 

Ağdam

 

Gecə sakit keçib. Səhərdən Mehmanə kəndi ətrafındakı yüksəkliklər uğrunda döyüşə başlamışıq. Mehmanə istiqamətində 1-3 km irəliləmişik. Ermənilərə “Qrad” atəşilə çoxlu itki vermişik. Abdal, Gülablı kəndləri ətraf kəndlərdən atəşə tutulub. Cavab atəşi açılıb. Norşen tərəfdə içərisi yük və adamla dolu 1 KAMAZ maşını yandırılıb. Abdal, Gülablı istiqamətində ermənilərin çoxlu texnikası toplanır. Naxçıvanik, Pircamal tərəfdə sakitlik olub.

 

Qazax

 

Ötən gecə 24-dən 02-dək Məzəm kəndi İcevan rayonu ərazisindən yüngül silahlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub. Hazırda sakitlikdir.

 

Tovuz

 

Saat 04:00 radələrində Ağdam kəndi Qara-qaya zastavasına hücum ediblər. Hücum əsgərlərimiz tərəfindən dəf edilib. 3 nəfər erməni öldürülüb. Biz tərəfdən təlafat yoxdur.

 

Kəlbəcər

 

Sakitlikdir. Yerli xarakter daşıyan yüngül atışmalar olub. Dünən saat 21-də Yuxarı Orataq tam nəzarətimiz altına keçib. Hazırda Koçoqot uğrunda döyüşlər gedir. İki nəfər həlak olub, 5 nəfər yaralanıb.

 

Naxçıvan

 

Sədərək qəsəbəsindəki mövqelərimiz avtomat, pulemyot, snayper silahları, minaatan və DŞK-lardan atəşə tutulub. 2 əsgərimiz yüngül yaralanıb.

 

Şərur rayonunun Çağazir müdafiə postu və eləcədə Havuş müdafiə postu avtomat və pulemyotlardan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub. Digər məntəqələrdə sakitlik olub.

 

Zəngilan, Cəbrayıl, Füzuli bölgələrində ötən gecə sakit keçmişdir.