Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Qubadlı

 

Ötən gecə Gorus istiqamətindən Laçın və Qubadlının kəndləri artilleriya atəşinə tutulub. Düşmənə cavab atəşi açılıb. Avqustun 28-nə keçən gecə SQ-miz tərəfindən Laçın dəhlizindən keçmək istəyən daha bir maşın karvanının qarşısı alınıb.

 

Zəngilan

 

Keçən gecə saat 21:00-dək Seyidlər, Qazançı və Günqışlaq kəndləri Qafan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub. Zəngilana 2 mərmi düşüb.

 

Ağdam

 

Ötən gecə Ağdam bölgəsindəki SQ-miz döyüş əməliyyatlarını davam etdirmiş, düşmənlərdən daha bir kəndimizi – Baş Güneypəyəni azad etmişlər. Dünən axşam Çıldıran kəndi yaxınlığında ermənilərin top batareyası sıradan çıxarılıb.

 

Hazırda Mehmanə kəndi ətrafında və Çıldıran istiqamətində qızğın döyüşlər gedir. Döyüşlər zamanı bizim tərəfdən 7 nəfər həlak olmuş, 21 nəfər əsgərimiz yaralanıb. 1-ci Batalyonun komandiri Allahverdi Qəmbərov qəhrəmancasına həlak olub.

 

Tərtər

 

Ətraf mövqelərdən Drmbon kəndini düşmən atəşə tutur.

 

Naxçıvan

 

MR-nın Sədərək qəsəbəsi ara-sıra atəşə tutulub. Biz tərəfdən 1 nəfər yaralanıb.