Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 12:35

"Azərbaycan Ordusu" qəzeti 20 fevral 2019-cu il №14 (2331)

Ali Baş Komandan İlham ƏLİYEV: Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. XXI əsrin ikinci onilliyinin əvvəlindən Azərbaycan Ordusu öz inkişafının ən uğurlu dövrünü yaşamaqdadır...davamı








Xalqın ürəyi ordusu ilə döyünür...

Təmas xəttində yerləşən, Qarabağ müharibəsində alınmaz qalaya çevrilən bölgələrdən birindəyik. Bu rayonun camaatı, böyükdən tutmuş kiçiyə kimi hamı hərbçilərimizə xüsusi hörmət bəsləyir. Gecə-gündüz səngərdə dayanaraq, düşməni nəzarətdə saxlayan əsgərin qədrini bilməyi, onun gördüyü işin məsuliyyətini dərk etməyi bütün əhali özünün mənəvi borcu hesab edir...davamı








Torpaqlarımızı azad etmək amalı ilə xidmət edirik

Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, peşəkarlığı və təchizatı region dövlətlərinin orduları ilə müqayisəedilməz səviyyədə yüksəkdir. Əldə edilən uğurlara maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daha da təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsində qurulması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqətin artırılması hesabına nail olunub...davamı








“Mənəvi-psixoloji hazırlığımız yüksəkdir”

Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ümummilli Liderimizin rəhbərliyi altında ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Bu dövrdə qəbul edilən qərarlar sayəsində respublikamızın etibarlı müdafiəsinə, savadlı hərbi kadrların yetişməsinə zəmin yarandı. Ulu Öndər ordumuzun inkişafı məsələsini daim diqqət mərkəzində saxlayırdı. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin də siyasi kursunun əsas istiqaməti ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirməkdir...davamı








Təcrübəyə önəm verən istehkamçı zabit

Azərbaycan Ordusunun maddi-texniki təminatı gücləndikcə onun zabit korpusunun da peşəkarlığı gündən-günə artmaqda davam edir. Bu gün ordumuzun silahlanmasına daxil olan hər bir texnika, silah-sursat, müxtəlif qoşun xidmətinə aid döyüş avadanlıqları və qurğuları peşəkar hərbçilərimiz tərəfindən yüksək səviyyədə idarə olunur...davamı








“Gənc Əsgər” layihəsi start götürdü

"Legion" Hərbi Vətənpərvərlik klubu və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə "Gənc Əsgər" hərbi hazırlıq layihəsinin təqdimat mərasimi keçirildi.
Tədbirdə millət vəkili Fazil Mustafa, "Legion" Hərbi Vətənpərvərlik Klubunun rəhbəri Abuzər Əbilov, Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu, ehtiyatda olan polkovnik Zahid Teymurov, qazi Əhliyət Mehdiyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak etdilər...davamı








Vətəndaşa qayğı dövlət siyasətinin prioritet istiqamətidir

Son vaxtlar sosial şəbəkələr istər-istəməz əyləncə məkanı, ünsiyyət forması, maraqlı axtarışlar meydanı olaraq həyatımıza sirayət edib.
Eyni zamanda sosial şəbəkələr bəzi şəxslər üçün qisas meydanına,  bir növ problemini paylaşma, ictimailəşdirmə adı altında dövlət orqanları və vəzifəli şəxslər barədə etikadan kənar ifadələrdən, təhqiramiz sözlərdən, qərəzli fikirlərdən istifadə edilən poliqona da çevrilib...davamı








Şəxsi heyətin qidalanması da diqqət mərkəzindədir

Azərbaycan Ordusunun bu gün dünyanın ən güclü orduları sırasında olması qürurvericidir. Şəxsi heyətin döyüş hazırlığı, fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi əsgərlərə yaradılan sosial-məişət şəraiti ilə də ölçülür. Bu gün ordumuzun şəxsi heyətinin döyüş ruhunun, onun sosial rifahının yüksək saxlanması üçün rəhbərlik xeyli işlər görür...davamı








“Asudə vaxtımız maraqlı keçir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Döyüş növbətçiliyi aparan Vətən övladlarının görüşünə gəlmişik. Mayor Orxan Nəsirov şəxsi heyət üçün yaradılan sosial-məişət şəraitindən danışdı. Zabit bildirdi ki, əsgərlərimizin döyüş növbətçiliyindən sonra vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. "Döyüş mövqeyində olan əsgərlərimiz yuxarı komandanlığın daima diqqət mərkəzindədirlər...davamı








Boksçumuz Azərbaycan birinciliyinin qalibi olub

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafat uğrunda mübarizə aparıb.
5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub...davamı







MOİK zirvəyə qayıtdı

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda ikinci dövrəyə start verilib. Artıq ikinci dövrənin iki turu arxada qalıb. İlk dövrənin böyük hissəsində lider olan və yalnız son 3 turdakı "büdrəmələr" nəticəsində zirvədən düşən MOİK artıq liderliyi geri qaytarıb.
"Hərbçilər" XIV tur çərçivəsində "Kəpəz"in qonağı olub. Gəncə səfərində komanda ilin ilk rəsmi oyununa çıxıb...davamı








Əsgərlərimizin keşiyində dayanırıq!

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxana ilə tanış olduq. Camaşırxananın ən son avadanlıqlar ilə təmin olunması, qadın operatorların səliqəli geyim forması və ətrafdakı təmizlik göz oxşadı...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı