Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 12:04

Boksçumuz Azərbaycan birinciliyinin qalibi olub

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafat uğrunda mübarizə aparıb.
5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. Boks Mərkəzində təşkil edilən yarışda MOİK idmançıları da fərqləniblər. Belə ki, 91 kq çəki dərəcəsində yarışan Adil Vəliyev bütün rəqiblərini üstələyərək çempion adına sahib çıxıb. 81 kq çəkidə yarışan boksçumuz Həsən Osmanlı isə yalnız finalda uduzmaqla gümüş medalçı olub.

Elvin YAQUBOV