AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdam İyunun 10-na keçən gecə axşam saat 19-dan gecə saat 1-ə kimi rayonun Əhmədavar, Şelli, Çuxurməhlə kəndləri, Əsgəran, Xanabad və Naxçıvanik istiqamətlərindən toplardan, PDM-lərdən, iriçaplı pulemyotlardan və avtomatlardan atəşə tutulmuşdur.
İyunun 8-dən başlayaraq Qazax bölgəsində vəziyyət gərginləşmişdir.
İyunun 8-dən başlayaraq müharibənin ağırlığı tədricən Respublikamızın Qərb bölgələrinə adlamışdır.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində və Yuxarı Qarabağ ətrafı rayonlarımızda iki gündür ki, vəziyyət birdən-birə gərginləşib.
Goranboy Rayonun Tapqaraqoyunlu və Zeyvə kəndləri ermənilər yaşayan Talış və Manas kəndlərindən toplardan, avtomat və pulemyotlardan atəşə tutulmuşdur.
Ağdam Y.Rzayevin başçılıq etdiyi batalyonun qərargah rəisi xəbər verir:İyunun 8-də gündüz saat 15-də rayonun Qaraçı qəbristanı deyilən yerdəki postlarımız Əsgəran səmtindən tank və PDM-lərdən atəşə tutulmuşdur.
Respublikamızın sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır.
Naxçıvan İyunun 7-də axşamdan başlayaraq iyunun 9-da səhərədək Sədərək qəsəbəsinin müdafiə postları avtomat və pulemyotlardan atəşə tutulmuşdur.
Qazax İyunun 7-dən 8-nə keçən gecə saat 17:00-dan başlayaraq fasilələrlə indiyə kimi Aşağı Əskipara, Quşçu Ayrım, Qızılhacılı, Fərəhli, Cəfərli, Abbasbəyli və Balacəfərli kəndləri Ermənistanın İcevan və Noyemberyan rayonları ərazisindən toplardan atəşə tutulmuşdur.
İyunun 7-də - Azərbaycan Respublikası Prezidentliyinə seçkilərin keçirildiyi gün, müharibə gedən sərhəd bölgələrində əvvəlki günlərlə müqayisədə nisbətən sakitlik olmuşdur.