AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdam
Y.Rzayevin başçılıq etdiyi batalyonun qərargah rəisi xəbər verir:
İyunun 8-də gündüz saat 15-də rayonun Qaraçı qəbristanı deyilən yerdəki postlarımız Əsgəran səmtindən tank və PDM-lərdən atəşə tutulmuşdur. Əsgərlərimizdən 5 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
Düşmənin atəş nöqtəsi cavab atəşi ilə susdurulmuşdur.
Ara-sıra da olsa, postumuz yenə də düşmən tərəfdən atəşə tutulur. Döyüşlər gedir. Batalyonun döyüşçüləri texnika üçün yanacaq istəyirlər.
Gədəbəy
Sakitlikdir.