Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Ağdam


İyunun 10-na keçən gecə axşam saat 19-dan gecə saat 1-ə kimi rayonun Əhmədavar, Şelli, Çuxurməhlə kəndləri, Əsgəran, Xanabad və Naxçıvanik istiqamətlərindən toplardan, PDM-lərdən, iriçaplı pulemyotlardan və avtomatlardan atəşə tutulmuşdur. Bizimkilərdən 1 nəfər yaralanmışdır. Düşmənə cavab atəşi açılmışdır.


Zəngilan


İyunun 9-dan 10-na keçən gecə rayonun Seyidlər kəndi Ermənistanın Qafan rayonu ərazisindən avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutulmuşdur.


Qubadlı


İyunun 10-na keçən gecə Noğullu kəndi Ermənistanın Gorus istiqamətindən toplardan atəşə tutulmuşdur. Atəş saat 22-dən gecə saat 2-yə kimi davam etmişdir. Təlafat olmamışdır.


Goranboy


İyunun 10-da gecə saat 3-də Şəfəq kəndi ermənilər yaşayan Qaraçinar kəndi tərəfdən minaatanlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.


Tovuz


İyunun 9-dan 10-na keçən gecə saat 15:00-dan başlayaraq gecə rayonun Əlibəyli kəndi Ermənistanın ərazisində olan Çinarlı və Mosesqex kəndləri istiqamətindən PDM-lərdən, toplardan, avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Axşam saat 20-dən gecə saat 2-yə kimi rayonun mərkəzi “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur. 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.


Ağdam


İyunun 10-dan 11-nə keçən gecə rayonun sərhəd – Abdal, Gülablı, Çuxurməhlə, Şelli, Papravənd və Şotlanlı kəndləri Əsgəran istiqamətindən PDM, “Qrad”, “Kristal” tipli raketlər, avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Şəhər mərkəzinə 4 mərmi düşmüşdür.


Füzuli


İyunun 10-da saat 20-dən 23-dək Qacar kəndi ermənilər yaşayan Traxtik kəndi tərəfdən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.


Tərtər


İyunun 10-da saat 17-dən 21-dək Qapanlı, Dəmirçilər, Bosunlu, Seydimli, Cəmilli, Əskipara və şəhər mərkəzi "Qrad" tipli raketlərdən və toplardan atəşə tutulmuşdur. Rayon ərazisində dağıntı var. Ölən və yaralananların sayı dəqiqləşdirilir.