Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Qazax


İyunun 7-dən 8-nə keçən gecə saat 17:00-dan başlayaraq fasilələrlə indiyə kimi Aşağı Əskipara, Quşçu Ayrım, Qızılhacılı, Fərəhli, Cəfərli, Abbasbəyli və Balacəfərli kəndləri Ermənistanın İcevan və Noyemberyan rayonları ərazisindən toplardan atəşə tutulmuşdur. Fərəhli və Aşağı Əskipara istiqamətində düşmən texnikasının cəmləşməsi müşahidə olunur.


Cəbrayıl


İyunun 8-də saat gecə 1 radələrində Dolanlar kəndi keçmiş Hadrut rayonu ərazisindən PDM-lərdən atəşə tutulmuşdur. Təlafat olmamışdır.


Füzuli


İyunun 8-də saat 05:30-da rayon ərazisi ermənilər yaşayan Dilağarda kəndi tərəfdən toplardan atəşə tutulmuşdur. Şəhərə 6 mərmi düşmüşdür. Nəticədə 1 ev dağılmışdır. Ərazi müdafiə bölmələrinin cavab atəşi ilə düşmənin bir topu vurulmuşdur.


Ağdam


İyunun 7-də saat 16:00-dan 17-dək Şelli kəndi Əsgəran istiqamətindən PDM-lərdən və qumbaraatanlardan atəşə tutulmuşdur. Ərazi müdafiə bölmələrinin toplardan cavab atəşi ilə düşmənin iki atəş nöqtəsi məhv edilmişdir.


Tərtər


İyunun 7-də saat 20:00-dək Cəmilli kəndi Ağdərə rayonunun Çaylı və Marquşavan kəndlərindən toplardan atəşə tutulmuşdur. Nəticədə ordumuzun 1 əsgəri yaralanmışdır. Düşmənə cavab atəşi açılmışdır.


Goranboy


Rayon ərazisində gecə nisbi sakit keçmişdir. Qaladağı yüksəkliyi ətrafında ermənilərə məxsus qüvvələrin cəmləşməsi müşahidə olunur.