Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Naxçıvan


İyunun 7-də axşamdan başlayaraq iyunun 9-da səhərədək Sədərək qəsəbəsinin müdafiə postları avtomat və pulemyotlardan atəşə tutulmuşdur.
İyunun 8-də gün ərzində Sədərək qəsəbəsi ara-sıra avtomat və pulemyotlardan atəşə məruz qalmışdır.
İyunun 7-də axşam Şərur rayonunun Havuş kəndindəki müdafiə postu Ermənistan ərazisindən atəşə tutulmuşdur. Bizimkilərdən 1 nəfər milis işçisi yaralanmışdır.
Bu gün saat 12:45-də Şərur rayonunun Çağazur müdafiə postu da avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Düşmənə atəş açıldığı bütün istiqamətlər boyu cavab atəşi açılmışdır.


Zəngilan


İyunun 7-də rayonun Seyidlər və Quyudərəxəştab kəndləri avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Bu gün yenə də Seyidlər kəndində vəziyyət gərgin olaraq qalır. Milli Ordunun ərazi-müdafiə qüvvələri düşmənə cavab atəşi açırlar.