AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il mayın 7-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 05:55-dən 06:20-dək İcevan rayonunun Saraqtiqaş yüksəkliyindəki mövqelərindən, saat 10:50-dən 11:35-dək Vazaşen və Paravakar kəndləri istiqamətindən Azərbaycan Ordsununun Qazax rayonunun cənubundakı və Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, piyadanın döyüş maşınlarından (PDM-2) və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.
1997-ci il mayın 6-da saat 13:50-dən 14:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen və Paravakar kəndləri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənub sahəsindəki mövqelərini atıcı silahlar, tankəleyhinə qumbaraatanlar, iriçaplı pulemyotlar, piyadanın döyüş maşınları (PDM-2) və minaatanlardan atəşə tutmuşlar.
1997-ci il mayın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev faşizm üzərində qələbənin 52-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının sədri, istefada olan general-mayor B.Hüseynovu, Bakı şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının sədri, istefada olan polkovnik S.Səlimovu, Bakı şəhəri BVM-si veteranları komitəsinin sədri, istefada olan polkovnik A.Haqverdiyevi, Sovet İttifaqı Qəhrəmanı, istefada olan polkovnik M.Məhərrəmovu, müharibə veteranı, tarix elmləri doktoru, professor M.Abbasovu və bir qrup müharibə veteranını qəbul etmişdir.
1997-ci il mayın 5-də saat 19:50-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun Balacəfərli kəndi; saat 23:10-dan 00:30-dək Noyemberyan rayonunun Voskepar yaşayış məntəqəsi istiqamətindən Aşağı Əskipara kəndi; mayın 6-da saat 00:15-dən 00:45-dək Berd rayonunun Aygepar məntəqəsi istiqamətindən Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
1997-ci il mayın 4-də saat 19:29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun Çəmənli kəndi sahəsindəki mövqelərini piyadanın döyüş maşınından (PDM-1), saat 23:05-dən 24:00-dək İcevan rayonunun Sevkar yaşayış məntəqəsi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini, saat 22:15-dən 23:05-dək Ararat rayonunun Qaraburun yüksəkliyindəki mövqelərindən Naxçıvan MR-nın Sədərək rayonu ərazisindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
1997-ci il aprelin 30-da saat 11:15-dən 11:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Barekamavan yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonu Əlibayramlı kəndi sahəsindəki mövqelərini, saat 14:00-dan 14:30-dək İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini avtomatlardan, tankəleyhinə qumbaraatanlardan, iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (PDM-2) atəşə tutmuşlar.
1997-ci il aprelin 29-da saat 16:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qaraxanbəyli kəndindəki mövqelərindən 15-16 nəfərlik qüvvə ilə Azərbaycan Ordusunun Alxanlı kəndi sahəsindəki mövqelərinə hücuma keçməyə cəhd göstərərkən Azərbaycan əsgərlərinin sərrast atəşilə qarşılaşıb 3 nəfər itki vermiş və əvvəlki mövqelərinə geri çəkilmişlər.
1997-ci il aprelin 25-də saat 23:20-dən 23:50-dək, aprelin 26-da isə saat 00:50-dən 01:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen və Coğaz kəndləri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənubundakı və Məzəmli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
1997-ci il aprelin 23-də saat 22:20-dən 22:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şurabad kəndi istiqamətindən Azərbaycan Ordusunun Ağdam rayonunun Təzəkənd yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan və 82 mm-lik minaatanlardan atəşə tutmuşlar.
1997-ci il aprelin 24-də və 25-də Almaniya Federativ Respublikasının Bonn şəhərində piyadaəleyhinə minaların qadağan edilməsi üzrə ekspertlərin seminarı keçiriləcək.