Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il aprelin 29-da saat 16:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qaraxanbəyli kəndindəki mövqelərindən 15-16 nəfərlik qüvvə ilə Azərbaycan Ordusunun Alxanlı kəndi sahəsindəki mövqelərinə hücuma keçməyə cəhd göstərərkən Azərbaycan əsgərlərinin sərrast atəşilə qarşılaşıb 3 nəfər itki vermiş və əvvəlki mövqelərinə geri çəkilmişlər.
Həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Ağdam kəndləri sahəsindəki mövqelərini qısa fasilələrlə saat 18:30-dan 21:45-dək; İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini saat 23:15-dən 00:49-dək; Ağdərə rayonunun işğal olunmuş Talış kəndi istiqamətindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sahəsindəki mövqelərini saat 23:30-dan 23:45-dək avtomatlardan, pulemyotlardan və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.
 Cavab atəşilə düşmən susdurulmuşdur.
 İtki yoxdur.