Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı


1997-ci il aprelin 30-da saat 11:15-dən 11:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Barekamavan yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonu Əlibayramlı kəndi sahəsindəki mövqelərini, saat 14:00-dan 14:30-dək İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini avtomatlardan, tankəleyhinə qumbaraatanlardan, iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (PDM-2) atəşə tutmuşlar. Cavab tədbirlərindən sonra düşmən atəşi dayandırmışdır.
İtki yoxdur.