AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il yanvarın 14-dən 17-dək Brüsseldə NATO-nun qərargah-mənzilində Verifikasiya Əlaqələndirmə Komitəsinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə NATO-nun informasiya kompüter sistemi çərçivəsində informasiya mübadiləsinin həyata keçirilməsinin praktiki məsələlərinə həsr edilmiş seminar keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 yanvar 1997-ci il tarixli “hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant S.Əbiyev 1997-ci il yanvarın 7-də əmr imzalamışdır.
1996-cı il dekabrın 23–24-də Rusiya Federasiyasının Müdafiə naziri İqor Nikolayeviç Rodionovun rəhbərlik etdiyi dövlət nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcəkdir.
1996-cı il dekabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təftiş qrupu Avropa Adi Silahlı Qüvvələrin məhdudlaşdırılması haqqında müqaviləyə əsasən Türkiyə Silahlı Qüvvələrinin nəzarət obyektlərini təftiş etmək məqsədilə Türkiyə Respublikasına getmişdir.
1996-cı il dekabrın 9-da “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin sədrliyi ilə Müdafiə Nazirliyi hərbi kollegiyasının geniş səyyar iclası keçirilmişdir.
1996-cı il noyabrın 25-dən 28-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tərəfdaşlığı əlaqələndirmə üzrə direktor general-mayor K.Lanqe və polkovnik Medviç Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
1996-cı il noyabrın 13-dən 19-dək London şəhərində Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə iştirakçıları olan dövlətlərin verifikasiya mərkəzləri rəislərinin görüşü keçiriləcək.
1996-cı il noyabrın 13-dən 15-dək Norfolk şəhərində (ABŞ-ın Vircinya ştatı) NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Aura-96” təlimi keçiriləcək.
1996-cı il noyabrın 11-dən 16-dək Türkiyə Respublikasının İstanbul şəhərində Hərbi Dəniz Qüvvələrinin beynəlxalq yarışı keçiriləcək.
4-8 noyabr 1996-cı il tarixdə Norveçin Stavanker şəhərində “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə “Banners-97” təlimi üçün partnyorlar hazırlamaq məqsədilə işgüzar görüş keçirilir.