Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 7-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 05:55-dən 06:20-dək İcevan rayonunun Saraqtiqaş yüksəkliyindəki mövqelərindən, saat 10:50-dən 11:35-dək Vazaşen və Paravakar kəndləri istiqamətindən Azərbaycan Ordsununun Qazax rayonunun cənubundakı və Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, piyadanın döyüş maşınlarından (PDM-2) və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar. Cavab atəşi ilə düşmən susdurulub. Əsgərlərimiz arasında yaralananlar var.
Həmin gün saat 12:45-dən düşmən İcevan rayonunun Vazaşen kəndi istiqamətindən 85 mm-lik toplardan Qazax rayon mərkəzini atəşə tutmağa cəhd etmişdir. İki mərmi Ağköynək və Qarapapaq kəndləri yaxınlığında partlamışdır.
İtki yoxdur.