AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan ordusunun bölmələri yeni əraziləri zəbt etmək üçün təxribatçı qruplardan da istifadə edirlər.
Erməni işğalçıları azərbaycanın yeni torpaqlarını zəbt etmək niyyətlərindən əl çəkmirlər.
Son gün ərzində cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib.
Aprelin 16-da Tovuzun Haçallı, Əlibəyli və Ağdam, Ağstafanın Köhnəqışlaq, Qazaxın Məzəm və Bala Cəfərli, Zəngilanın isə Şayıflı kəndləri Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub.
Aprelin 16-na keçən gecə Zəngilanın Şayıflı kəndi, səhər 06:00 radələrində isə Ağstafanın Kotandağ və “Ağ ev” məntəqələri Ermənistan ərazisindən atəşə tutulub.
Aprelin 14-də Füzuli bölgəsindəki Qızılqaya və Hadrut səmtindəki Şişqaya istiqamətində günortayadək döyüş gedib.
Ermənistan ordusunun hissələri sərhəddəki mövqelərimizə həmlə etmək üçün böyük qüvvə ilə Zəngilan rayonunun Kollu-Qışlaq kəndi üzərinə hücuma keçiblər.
Moskvanın “OSTANKİNO” televiziyasının “NOVOSTİ” proqramı bu gün saat 15:00 buraxılışında Müdafiə Nazirliyinə yalandan istinad edərək bildirmişdir ki, guya erməni qüvvələri Qubadlı və Zəngilan rayonları ərazisinə hücuma keçərək 15 km bizim ərazimizə soxularaq 14 yaşayış məntəqələrimizi zəbt etmişdir.
Kəlbəcərin zəbt edilməsindən sonra cavabsız qalan Ermənistan ordusunun bölmələri digər sərhəd bölgələrində də azğınlıq edirlər.
Kəlbəcər bölgəsinin işğalından sonra bu istiqamətdə döyüşlər Murovdağ silsiləsinin yüksəklikləri uğrunda gedir.