Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 6-da saat 13:50-dən 14:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen və Paravakar kəndləri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənub sahəsindəki mövqelərini atıcı silahlar, tankəleyhinə qumbaraatanlar, iriçaplı pulemyotlar, piyadanın döyüş maşınları (PDM-2) və minaatanlardan atəşə tutmuşlar. Cavab tədbirlərindən sonra düşmən atəşi dayandırmışdır. Hər iki tərəfdən itki vardır.
Həmin gün düşmən 15-20 nəfərlik qüvvə ilə Cəbrayıl rayonunun işğal olunmuş Nüzgər kəndinin cənub-şərqindəki Lələ-İlahi yüksəkliyindən irəliləyərək Azərbaycan Ordusunun Horadiz qəsəbəsi səhəsindəki mövqelərini saat 17:20-dən 17:30-dək atıcı silahlardan atəşə tutmuşlar. Azərbaycan əsgərlərinin cavab atəşi ilə qarşılaşan düşmən itki verərək geri çəkilmişdir.
Biz tərəfdən itki yoxdur.