1997-ci il mayın 4-də saat 19:29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun Çəmənli kəndi sahəsindəki mövqelərini piyadanın döyüş maşınından (PDM-1), saat 23:05-dən 24:00-dək İcevan rayonunun Sevkar yaşayış məntəqəsi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini, saat 22:15-dən 23:05-dək Ararat rayonunun Qaraburun yüksəkliyindəki mövqelərindən Naxçıvan MR-nın Sədərək rayonu ərazisindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar. Hər üç halda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejiminə əməl etmişlər.
İtki yoxdur.