Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 5-də saat 19:50-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun Balacəfərli kəndi; saat 23:10-dan 00:30-dək Noyemberyan rayonunun Voskepar yaşayış məntəqəsi istiqamətindən Aşağı Əskipara kəndi; mayın 6-da saat 00:15-dən 00:45-dək Berd rayonunun Aygepar məntəqəsi istiqamətindən Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejiminə əməl etmişlər.
İtki yoxdur.