Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 Sentyabr 1998 00:00

Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Baş Komandanının siyasi müşaviri səfir Piter R.

Müdafiə Nazirliyinin məlumatı 15 Sentyabr 1998 00:00

Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Ehtiyatda olan Zabitlər Dərnəyinin sədri general-leytenant Sidgi Aydınelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:Brüssel şəhərində (Belçika Krallığı) sentyabrın 14-dən 15-dək NATO-nun qərargah- mənzilində aviasiya avadanlığı ehtiyat hissələri standartı məsələləri üzrə işlək qrupun görüşü keçiriləcəkdir;Avropada Adi Silahlı Qüvvələr haqqında (ASQH) müqaviləyə uyğun olaraq, Oberomerqau (Almaniya Federativ Respublikası) şəhərində sentyabrın 14-dən 25-dək silahlar üzərində nəzarət, Kütləvi Qırğın Silahları (KQS) haqqında xəbərdarlıq və informasiyanın ötürülməsi sistemi, Brunsun şəhərində isə (Hollandiya) qərargah zabitləri üçün hərbi terminologiya üzrə NATO kursları keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 9 Sentyabr 1998 00:01

Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun “Əməkdaşlığı əlaqələndirmə qrupu” nun direktoru general-mayor Ton Kolsterenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 9 Sentyabr 1998 00:00

Sentyabrın 8-də saat 19:05-dən saat 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Yexeqnadzor rayonunun Bartsruni yaşayış məntəqəsinin cənub-qərbində yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-sı Babək rayonunun Kərməçatax kəndi sahəsindəki mövqelərini avtomatlardan və iriçaplı pulemyotlardan; saat 21:40-dan 22:00-dək isə Ağdam rayonunun işğal olunmuş Tağıbəyli kəndi sahəsindəki mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaqqərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 9 Sentyabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 10-dan 18-dək “Krivolak” (Makedoniya) təlim mərkəzində NATO üzvü və tərəfdaş dövlətlərin sülhməramlı “Kooperativ Best Effort” təlimləri; sentyabrın 11-də isə Brüssel şəhərində NATO-nun “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin planlaşdırılması və istifadə edilməsi üzrə Baş Komitəsinin” görüşü keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Sentyabr 1998 00:01

NATO-nun “Əməkdaşlığı əlaqələndirmə qrupu” nun nümayəndə heyəti sentyabrın 7-dən 10-dək Bakıya səfərə gələcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Sentyabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Kornovl şəhərinin “Mavqan” aviabazasında (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) sentyabrın 4-dən 11-dək “Kooperativ Bear” təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 2 Sentyabr 1998 00:01

Bu günlərdə Xaçmaz rayonunda “C.

Müdafiə Nazirliyinin məlumatı 1 Sentyabr 1998 00:00

Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, xidmətini başa vurmuş Türkiyə Respublikası Bakı Böyükelçiliyi Silahlı Qüvvələr Attaşesi general-mayor Saldıray Bərki və bu vəzifəyə yeni təyin olunmuş general-mayor Sadıq Ercanı qəbul etmişdir.