AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Kornovl şəhərinin “Mavqan” aviabazasında (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) sentyabrın 4-dən 11-dək “Kooperativ Bear” təlimləri keçiriləcəkdir.
Təlimlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.