Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 10-dan 18-dək “Krivolak” (Makedoniya) təlim mərkəzində NATO üzvü və tərəfdaş dövlətlərin sülhməramlı “Kooperativ Best Effort” təlimləri; sentyabrın 11-də isə Brüssel şəhərində NATO-nun “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin planlaşdırılması və istifadə edilməsi üzrə Baş Komitəsinin” görüşü keçiriləcəkdir.
Birinci tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyünün bir bölməsi, ikinci tədbirdə isə Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.