Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, xidmətini başa vurmuş Türkiyə Respublikası Bakı Böyükelçiliyi Silahlı Qüvvələr Attaşesi general-mayor Saldıray Bərki və bu vəzifəyə yeni təyin olunmuş general-mayor Sadıq Ercanı qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri general-mayor S.Bərkə Azərbaycandakı 2 illik əhəmiyyətli əsgəri xidmətə görə öz təşəkkürünü bildirmiş və ona yaxşı yol arzulamışdır.
General-mayor S.Bərk Türkiyənin Bakı Böyükelçiliyinin yeni hərbi attaşesi general-mayor S.Ercanı Azərbaycanın Müdafiə nazirinə təqdim etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran məsələlər ətrafında onlarla fikir mübadiləsi etmişdir.