Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun “Əməkdaşlığı əlaqələndirmə qrupu” nun direktoru general-mayor Ton Kolsterenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri  nümayəndə heyətinin üzvləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri quruculuğu, Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında səmərəli iştirakı, Azərbaycanın hərbi məktəblərində tədris proqramının NATO standartlarına uyğun təşkil edilməsi, Qafqaz regionunda yaranmış hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan müharibəsinin tarixi, onun nəticələri, Rusiya Federasiyasının Ermənistana qeyri-qanuni yolla 1 milyard dollarlıq silah və sursat verməsi haqqında fikir mübadiləsi etmişdir.
Nümayəndə heyətinin başçısı cənab T. Kolsteren Müdafiə nazirinə Azərbaycana səfər təəssüratı, Azərbaycan Respublikasının “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq səviyyəsinə görə digər ölkələrdən yuxarı durduğu və NATO-nun Azərbaycan Respublikası ilə əlaqələrinin daha da dərinləşdirilməsi barəsində məlumat vermişdir.
General-polkovnik Səfər Əbiyev qonaqları maraqlandıran digər suallara cavab vermişdir.