Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Brüssel şəhərində (Belçika Krallığı) sentyabrın 14-dən 15-dək NATO-nun qərargah- mənzilində aviasiya avadanlığı ehtiyat hissələri standartı məsələləri üzrə işlək qrupun görüşü keçiriləcəkdir;
Avropada Adi Silahlı Qüvvələr haqqında (ASQH) müqaviləyə uyğun olaraq, Oberomerqau (Almaniya Federativ Respublikası) şəhərində sentyabrın 14-dən 25-dək silahlar üzərində nəzarət, Kütləvi Qırğın Silahları (KQS) haqqında xəbərdarlıq və informasiyanın ötürülməsi sistemi, Brunsun şəhərində isə (Hollandiya) qərargah zabitləri üçün hərbi terminologiya üzrə NATO kursları keçiriləcəkdir.
Bütün tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.