Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 8-də saat 19:05-dən saat 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Yexeqnadzor rayonunun Bartsruni yaşayış məntəqəsinin cənub-qərbində yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-sı Babək rayonunun Kərməçatax kəndi sahəsindəki mövqelərini avtomatlardan  və iriçaplı pulemyotlardan; saat 21:40-dan 22:00-dək isə Ağdam rayonunun işğal olunmuş Tağıbəyli kəndi sahəsindəki mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaqqərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.